Əsas Səhifə > Milli komandalar > “Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olubBu gün, 16:10 |
![]() Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub. Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 52 ölkədən 373 cüdoçu iştirak edəcək. Kişilər 60 kiloqram, 1/8 final Əhməd Yusifov – Çanad Fetsko (Macarıstan) / Seunqbom Çon (Koreya) cütünün qalibi ilə Balabəy Ağayev – Marton Andrasi (Macarıstan) / Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə 66 kiloqram, 1/16 final Ruslan Paşayev – Hamad Matlaei (BƏƏ) Rəşad Yelkiyev – Denis Vieru (Moldova) / Alessio De Luka (İtaliya) 73 kiloqram, 1/16 final Rəşid Məmmədəliyev – Stiven Boldbaatar (ABŞ) Hidayət Heydərov – Adil Osmanov (Moldova) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə 90 kiloqram, 1/16 final Murad Fətiyev – Alyaksandr Sidorik (Belarus) Aslan Kotsoyev – Yermaxan Anuarbekov (Qazaxıstan) +100 kiloqram, 1/8 final Camal Qamzatxanov – Azamat Çotçayev (Bəhreyn) / Yelaman Yerqaliyev (Qazaxıstan) cütünün qalibi ilə Uşanqi Kokauri – Mikita Svirid (Xorvatiya) / Munir Ertuğ (Türkiyə) cütünün qalibi ilə Qeyd edək ki, “Böyük Dəbilqə” noyabrın 28-dən 30-dək keçiriləcək. Geri qayıt |