Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.
BrendSport.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Kukus” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Maltadan olan baş hakim Yoanna Vassallo idarə edəcək.
Facebook-da paylaş





















