Azərbaycanın U-17 millisi seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
BrendSport.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişineu şəhərində yerləşən “Zimbru 2” stadionunda keçirilən görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.
Facebook-da paylaş





















