Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: “Napoli” “Qarabağ”a qalib gəlib



UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu başa çatıb.

BrendSport.az
xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 65-ci dəqiqədə Skott MakTominey açıb. 72-ci dəqiqədə isə Marko Yankoviç avtoqol müəllifi olub.

Rəqibin heyətində 56-cı dəqiqədə Rasmus Höylund on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib.

Ağdam klubu Çempionlar Liqasında növbəti görüşünü dekabrın 10-da evdə Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

Qurban Qurbanovun kollektivi hazırda turnir cədvəlində 7 xalla 16-cı pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş