Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Napoli” “Qarabağ”a qalib gəlib
Çempionlar Liqası: “Napoli” “Qarabağ”a qalib gəlibDünən, 01:58 |
![]() UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu başa çatıb. BrendSport.az xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 65-ci dəqiqədə Skott MakTominey açıb. 72-ci dəqiqədə isə Marko Yankoviç avtoqol müəllifi olub. Rəqibin heyətində 56-cı dəqiqədə Rasmus Höylund on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Ağdam klubu Çempionlar Liqasında növbəti görüşünü dekabrın 10-da evdə Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək. Qurban Qurbanovun kollektivi hazırda turnir cədvəlində 7 xalla 16-cı pillədə qərarlaşıb. Geri qayıt |