Ronaldu Portuqaliya millisinin üzvlərinə bahalı saatlar hədiyyə edib

Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo UEFA Millətlər Liqasındakı qələbə münasibətilə komanda yoldaşlarına bahalı saatlar hədiyyə edib.
BrendSport.az xəbər verir ki, saatlar 40 yaşlı hücumçunun yaxın dostu, məşhur zərgər Ceykob Arabodan sifariş olunub.
Milli komandanın üzvləri hədiyyələri 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ermənistanla keçirilən oyundan (9:1) öncə alıblar.
Həmçinin avtomobil qəzasında həyatını itirən Dioqu Jotanın ailəsinə də xatirə olaraq bir saat təqdim edilib.
Qeyd edək ki, iyun ayında Portuqaliya seçməsi UEFA Millətlər Liqasının qalibi olmaqla, turnir tarixində bu titulu iki dəfə qazanan ilk yığma olub.
Facebook-da paylaş





















