Şirvanda beynəlxalq şahmat festivalına start verilib

“Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Şirvan Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan çox iti zəka sahibi iştirak edir.
Yarışın açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək şahmatçılara uğurlar arzulayıblar.
Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparırlar. Hər iki qrupda yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur. Festivalın ümumi mükafat fondu 22 650 manat təşkil edir. A qrupunun qalibi 5100 manat, B qrupunda ilk yeri tutacaq şahmatçı isə 1000 manat qazanacaq.
Festival çərçivəsində, həmçinin rapid və blits yarışlarının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca 8-ci və bu il üçün sonuncu festivalıdır. Festivala noyabrın 26-da yekun vurulacaq.

Facebook-da paylaş





















