Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisi dünya çempionatına 6 karateçi ilə yollanıb



Misirin paytaxtı Qahirədə təşkil olunacaq dünya çempionatında iştirak edəcək Azərbaycan karateçiləri bəlli olub.

BrendSport.az
xəbər verir ki, mundialda ölkəmizi 6 idmançı lisenziya əsasında təmsil edəcək.

Kişilərin mübarizəsində Nuran Rzazadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram), Asiman Qurbanlı (+84 kiloqram), qadınlar arasında isə Mədinə Sadıqova (55 kiloqram) və İrina Zaretska (68 kiloqram) güclərini yoxlayacaq. Kata yarışında isə Roman Heydərov mübarizə aparacaq.

Həmçinin Azərbaycanın milli parakarate komandası da turnirdə iştirak edəcək.

Dünya çempionatı noyabrın 27-dən 30-dək keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş