Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının Baş Assambleyasında təmsil olunub



Danimarkanın paytaxtı Kopenhagendə Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının (AIOCC) Baş Assambleyası keçirilib.

BrendSport.az
xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartienin də iştirak etdiyi tədbirin əsas müzakirə mövzusu 2026-cı ildə keçiriləcək şose velosipedi üzrə müxtəlif kateqoriyalı yarışlar olub. Bunların içərisində 10-14 may tarixlərində təşkil olunacaq 2.1 kateqoriyalı “Bakı-Xankəndi” velosiped yarışı da var.

Assambleya zamanı beynəlxalq yarışların keçirilməsi zamanı ortaya çıxan problemlər və onların həlli, təşkilatçılıq təcrübəsinin digər ölkələrdə tətbiqi kimi məsələlər müzakirə olunub, beynəlxalq federasiyanın prezidenti David Lappartienin çıxışı dinlənilib.


Facebook-da paylaş

Xəbəri paylaş