Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının Baş Assambleyasında təmsil olunub
Azərbaycan Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının Baş Assambleyasında təmsil olunubDünən, 12:30 |
![]() Danimarkanın paytaxtı Kopenhagendə Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının (AIOCC) Baş Assambleyası keçirilib. BrendSport.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartienin də iştirak etdiyi tədbirin əsas müzakirə mövzusu 2026-cı ildə keçiriləcək şose velosipedi üzrə müxtəlif kateqoriyalı yarışlar olub. Bunların içərisində 10-14 may tarixlərində təşkil olunacaq 2.1 kateqoriyalı “Bakı-Xankəndi” velosiped yarışı da var. Assambleya zamanı beynəlxalq yarışların keçirilməsi zamanı ortaya çıxan problemlər və onların həlli, təşkilatçılıq təcrübəsinin digər ölkələrdə tətbiqi kimi məsələlər müzakirə olunub, beynəlxalq federasiyanın prezidenti David Lappartienin çıxışı dinlənilib. Geri qayıt |