“Qəbələ”nin pley-off oyunundakı rəqibi bəlli olub

Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.
BrendSport.az xəbər verir ki, sonuncu – XXVII turun mərkəzi oyununda "Mingəçevir" "Səbail"i qəbul edib. Rəqibinə 4:1 hesabı ilə qalib gələn bölgə təmsilçisi mövsümü 51 xalla turnir cədvəlinin 2-ci pilləsində başa vurub.
Beləliklə, “Mingəçevir” Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununda iştirak hüququ qazanıb. Komanda elitaya yüksəlmək üçün Premyer Liqanı 11-ci sırada tamamlayan “Qəbələ” ilə qarşılaşacaq.
Qeyd edək ki, I Liqada çempion olan “Şəfa” Azərbaycan Premyer Liqasına birbaşa vəsiqə qazanıb.
Facebook-da paylaş





















