“Şamaxı” klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb
Futbol üzrə I Liqada 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.
BrendSport.az xəbər verir ki, son turda lider “Şamaxı” doğma meydanda “Araz Saatlı”nı qəbul edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran bölgə təmsilçisi aşağı dəstənin çempionu olub və Premyer Liqaya vəsiqə qazanıb.
Səfərdə “Mingəçevir”lə 2:2 hesablı heç-heçə edən “Qaradağ Lökbatan” isə mövsümü 54 xalla ikinci pillədə tamamlayıb.
Qeyd edək ki, “Şamaxı” ötən mövsümün sonunda I Liqaya düşmüşdü. Ramiz Məmmədovun başçılıq etdiyi komanda 1 illik fasilədən sonra elitaya qayıdıb.
Facebook-da paylaş