“Araz Naxçıvan” klubu Birinci Divizionun qalibi olub
Futbol üzrə Azərbaycan Birinci Divizionunda çempion müəyyənləşib. “Araz Naxçıvan” tarixində ikinci dəfə aşağı dəstənin qalibi olub.
BrendSport.az xəbər verir ki, 2013-2014-cü il mövsümündəki uğurunu təkrarlayan Naxçıvan təmsilçisi çempionluğu 27-ci turda rəsmiləşdirib. Ötən çempionatın qalibi “Qaradağ Lökbatan”la qarşılaşan baş məşqçi Azər Bağırovun yetirmələri səfərdə 2:0 hesablı qələbə qazanıblar. Bununla da “Araz Naxçıvan” 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi-2”ni 11 xal qabaqlayan Naxçıvan klubu mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib.
“Araz Naxçıvan” Birinci Divizionda iki dəfə çempion olan beşinci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıblar.
Facebook-da paylaş