Premyer Liqa: "Neftçi" "Şamaxı" ilə heç-heçə edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
BrendSport.az xəbər verir ki , günün yeganə matçında "Neftçi" "Şamaxı"nı qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Bölgə təmsilçisinin qapıçısı Rəşad Əzizli 12-ci dəqiqədə avtoqol müəllifi olub. 56-cı dəqiqədə "Şamaxı"nın hücumçusu Amil Yunanov penaltidən fərqlənməklə hesabı bərabərləşdirib.
Bu nəticədən sonra xallarının sayını 62-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. Qonaqlar 24 xalla 10-cu sonuncu sırada qalıb.
Qeyd edək ki, tura mayın 17-də baş tutacaq "Sumqayıt" - "Sabah" görüşü ilə yekun vurulacaq. XXXIV turun əvvəlki oyunlarında “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, “Turan Tovuz” səfərdə “Qəbələ”yə 2:1, çempion "Qarabağ" isə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.
Facebook-da paylaş