“Qarabağ” - “Sabah” oyunu heç-heçə yekunlaşıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, günün sonuncu matçında “Qarabağ” komandası paytaxtın “Sabah” klubunu qəbul edib.
“Azersun Arena”dakı görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 15-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı açıb.
İlk hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. 75-ci dəqiqədə Bəxtiyar Həsənalızadə “Sabah”ın bərabərlik qolunu vurub.
Bu qarşılaşmadan sonra xallarının sayını 58-ə çatdıran Ağdam komandası vahid liderdir. Bakı təmsilçisi 53 xalla ikinci pillədə yer alıb.
Qeyd edək ki, günün ilk görüşündə “Turan Tovuz” komandası “Kəpəz”in qapısından iki top keçirib.
Turun “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” matçları fevralın 12-də keçiriləcək
Facebook-da paylaş