“Qarabağ” doğma meydanda “Şamaxı”ya qalib gəlib
Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Şamaxı”nı qəbul edib.
BrendSport.az xəbər verir ki, “Azersun Arena”da oynanılan matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.
Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı, Qara Qarayev və Leandro Andrade fərqləniblər. Rəqib komandanın qolunu isə Bahadur Həziyev vurub.
Bu qələbədən sonra xallarının sayını 56-ya çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmlədib. 16 xalı olan “Şamaxı” isə yeddinci sırada qərarlaşıb.
Günün son oyununda “Səbail” klubu “Kəpəz”i qəbul edəcək.
Qeyd edək ki, açılış oyununda "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq.
Facebook-da paylaş