Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Qəbələ” komandası “Səbail”in qapısından iki cavabsız top keçirib

Premyer Liqa: “Qəbələ” komandası “Səbail”in qapısından iki cavabsız top keçirib


Fevralın 19-da “Qəbələ” – “Səbail” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.
BrendSport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 78-ci dəqiqədə Ülvi İsgəndərov açıb. Görüşün sonunda (90+7) İsnik Alimi hesab arasındakı fərqi iki topa çatdırıb. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Qəbələ” ikinci pillədəki mövqeyini möhkəmləndirib. “Səbail” isə 11 xalla sonuncu - 8-ci sırada qalıb.
Qeyd edək ki, günün digər görüşündə “Neftçi” komandası “Keşlə”ni qəbul edəcək. XVI turun “Zirə” – “Sabah” matçı fevralın 20-də olacaq. “Qarabağ” – “Sumqayıt” oyunu isə mayın 12-nə təxirə salınıb.


Facebook-da paylaş

Xəbəri paylaş