Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Şumqayıt" "Şamaxı"ya qalib gəlib



Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

BrendSport.az
günün ikinci oyununda "Sumqayıt" "Şamaxı"nı qəbul edib.

"Kapital Bank Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. "Gənclik şəhəri" təmsilçisinin heyətində 24-cü dəqiqədə Kərim Abubakar fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Sumqayıt" 7-ci pilləyə yüksəlib. Qonaqlar isə 8-cı sıraya enib.

Qeyd edək ki, günün ilk matçında "Səbail" "Zirə"ni iki cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında “Qəbələ” ilə “Neftçi” qolsuz bərabərə qalıblar, “Turan Tovuz” “Kəpəz”ə (2:0) qalib gəlibsə, “Qarabağ” - “Sabah” görüşündə heç-heçə qeydə alınıb - 1:1.


Facebook-da paylaş

Xəbəri paylaş