Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Zirə”ni iki cavabsız qolla məğlub edib
Dekabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında 2021-2022-ci il mövsümünün ilk yarısına yekun vurulub.
BrendSport.az xəbər verir ki, XIV turun son oyununda "Qarabağ" klubu "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun heyətində hər iki qolu Musa Qurbanlı vurub. On doqquz yaşlı hücumçu görüşün 6-cı və 53-cü dəqiqələrində fərqlənərək komandasına üç xal qazandırıb.
Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. İyirmi iki xala malik "Zirə" isə "Neftçi" ilə birlikdə üçüncü və dördüncü yerləri bölüşdürür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib, "Keşlə" səfərdə "Sumqayıt"a 3:1, "Sabah" isə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.
Facebook-da paylaş