Bakıda “SPLASH for Swimmable Cities” tədbiri keçirilib

Mayın 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Bakı 2026 – “Dünyanın İdman Paytaxtı” və “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası, Üzülə bilən Şəhərlər İttifaqı (The Swimmable Cities Alliance) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə “SPLASH for Swimmable Cities” tədbiri keçirilib.
BrendSport.az xəbər verir ki, “Sea Breeze Resort” ərazisindəki sahil zonasında keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) qonaqları, idmançılar və üzgüçülük həvəskarları iştirak ediblər.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov və Azərbaycanın ilk "dəmir adamı" (Ironman) Firdovsi Kərimov çıxış ediblər, üzgüçülüyün sağlam həyat tərzində rolunu vurğulayıblar.
Çıxışlardan sonra 100-dək iştirakçı eyni vaxtda dənizdə üzərək aksiyaya qoşulub.





Facebook-da paylaş





















