Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda Beynəlxalq Etnosport Forumu keçirilir




Bakıda V Beynəlxalq Etnosport Forumuna start verilib.

BrendSport.az
saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, BMT İnsan Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif və 14 ölkədən nümayəndələr iştirak edirlər.

İlk olaraq etnosporta aid xüsusi videoçarx nümayiş olunub. Burada müxtəlif ölkələrin tarixi idman növləri göstərilib.

Daha sonra F.Qayıbov tədbir iştirakçılarını salamlayıb və onları Bakıda görməyə şad olduğunu bildirib. Nazir Azərbaycanın müxtəlif forumlara və yarışlara ev sahibliyi etdiyini xatırladıb.

Ardınca B.Ərdoğan çıxış edib. O, əsas məqsədlərinin insanlığın ümumi dəyərlərini saxlamaq, sülhə və həmrəyliyə töhvə verməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumu martın 6-da başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş