Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanı Avropa çempionatında 12 qadın şahmatçı təmsil edəcək



Mayın 24-də Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

BrendSport.az
xəbər verir ki, qitə çempionatında Azərbaycan 12 şahmatçı ilə təmsil olunacaq.

Avropa çempionatında iştirak etmək üçün Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova Batumiyə yollanacaq.

Qeyd edək ki, 11 turdan ibarət Avropa çempionatı iyunun 6-da yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 60 min avroya bərabərdir.


Facebook-da paylaş

Xəbəri paylaş