Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Şahmat Federasiyası ötən ilin yekunlarına dair hesabat verib



Mayın 22-də Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti Hesabat Konfransı keçirilib.

BrendSport.az
xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən şahmat ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bildirib ki, Azərbaycan şahmatında böyük nailiyyətlər əldə olunub.

Ardından prosedura uyğun olaraq məlumat verilib ki, Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir. Azərbaycan Şahmat Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin sədri Mahir Məmmədov 2025-ci ilin yekunlarına dair hesabatla çıxış edib.

Sonra hesabat ilində Azərbaycan şahmatında yaşanan hadisələri əks etdirən videoçarx təqdim olunub.

AŞF-nin müfəttişi Rauf Hacılı 2025-ci il üzrə büdcə hesabatıyla çıxış edib. Müzakirədən sonra büdcə hesabatı təsdiq olunub. Eyni zamanda federasiyanın 2026-cı ildəki büdcəsiylə bağlı məlumat verilib.

Federasiyanın yeni loqosu və yenilənən veb-saytı konfrans iştirakçılarına təqdim edilib.

Azərbaycan Şahmat Federasiyasının Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik eləcə də Qadın və Sosial məsələlər üzrə Komissiyaların 2025-ci il ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.

Sonda AŞF-nin prezidenti Mahir Məmmədov konfrans iştirakçılarına təşəkkürünü bildirib. Bununla da Konfrans öz işini yekunlaşdırıb.






Facebook-da paylaş

Xəbəri paylaş