Azərbaycan Atletika Federasiyasının 2021-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib
Azərbaycan Atletika Federasiyasının (AAF) 2021-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.
AAF-in mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, federasiyanın prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək konfransın işinə uğurlar arzulayıb.
Sonra 2021-ci ildə əldə olunan nailiyyətlərlə bağlı məlumat verilib.
Daha sonra müxtəlif mükafatlar təqdim edilib. Belə ki, Avropa Atletika Assosiasiyasının 2021-ci il üçün mükafatları Tofik Karayev, Bəhruz Salehli, Svetlana Quliyevaya təqdim olunub.
Hesabat konfransında 2017-2021-ci illərdə federasiyanın tədbirlərində fəal iştirakına görə Nizami İsayev (Bərdə rayonu), yarışlarda fəal hakimliyə görə Aida İsayeva, Elşən Bünyatzadə, məşqçilərin hazırlanması prosesində fərqləndiyinə görə Hakim İbrahimov, federasiyanı beynəlxalq seminarlarda uğurla təmsil etdiyinə görə Valentin Buliçev mükafatlandırılıblar.
Həmçinin hesabat dövründə federasiya ilə fəal əməkdaşlığa görə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev, Respublika Olimpiya Mərkəzinin direktoru Emil Quliyev və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasının stadionunun direktoru Samir Quliyev təltif ediliblər.
Sonda isə ilin ən yaxşı idmançısı, məşqçisi və hakimləri müəyyənləşib. İlin ən yaxşı kişi idmançısı Aleksis Kopello seçilib. İlin ən yaxşı qadın idmançısı mükafatı Lamiyə Vəliyevaya verilib. Tofiq Əliyev ən yaxşı məşqçi, Emil Şahtaxtinski isə ən yaxşı hakim seçiliblər.
Facebook-da paylaş