“Azərbaycan Güləşinin Canlı Əfsanəsi – Hicran Şərifova Beynəlxalq Güləş Günü Təbriki”

Hörmətli Polis Veteranlarının güləşçiləri və şəxsən Hicran Şərifov!
Beynəlxalq Güləş Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm!
Güləş - qədim xalqımızın ruhunu, qüdrətini və şərəfini əks etdirən milli idman növümüzdür. Bu gün isə xüsusilə Hicran Şərifov kimi dünya idman arenasında Azərbaycanın şərəfini uca tutan şəxsiyyətləri yad etmək günüdür.
Hörmətli Hicran müəllim!
Siz sadəcə idman ustası deyilsiniz - Siz Azərbaycan idmanının yaşayan əfsanəsisiniz! Dünya və milli idman tarixinə şərəfli imzanızı atmaqla yanaşı, 26 il daxili işlər orqanlarında şərəflə xidmət etmiş zabit, pedaqogika üzrə fəlsəfə doktoru, ictimai xadim və tədqiqatçı alim kimi çoxşaxəli fəaliyyətiniz heyranlıq doğurur.
"Rio-2016" Yay Olimpiya Oyunlarında "Ən yaxşı hakim" seçilərək "Qızıl Fit" mükafatına layiq görülməyiniz - Sizin peşəkarlığınızın zirvəsidir. Əfsanəvi Tofiq Bəhramovdan sonra bu mükafatı qazanan ikinci azərbaycanlı olmaq böyük şərəfdir və milli qürur mənbəyidir!
"Şöhrət" ordeni, "Olimpiya" ordeni, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Əməkdar məşqçi", Olimpiya kateqoriyalı beynəlxalq hakim statusu və onlarla digər yüksək təltifləriniz Sizin ömrünüzün idmana, vətənə və xalqa həsr olunduğunun sübutudur.
Bu xoş gündə Sizə və bütün Polis Veteranlarına möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və yeni uğurlar arzulayıram. Qoy Sizin şərəfli yolunuz gənc nəsillərə nümunə olsun!
Beynəlxalq Güləş Gününüz mübarək olsun!
Hörmətlə, “Qanun” elmi-hüquq jurnalının redaktoru, hüquq üzrə fəlsəfə doktoru, dosent, i.o. polis polkovniki Hikmət Eyvazov
23 may 2026-cı il
Biz də BrendSport.az informasiya portalı olaraq, başda federasiyanın prezidenti cənab Mikayıl Cabbarov olmaqla, Azərbaycan Güləş Federasiyasının bütün idmançılarını, nümayəndələrini və şəxsən Hicran Şərifov Beynəlxalq Güləş Günü münasibətilə ürəkdən təbrik edirik.
Facebook-da paylaş





















