Cənab İlham Əliyev kimi prezidentimiz olduğu üçün çox xoşbəxtik! - Hicran Şərifov
24 dekabr Azərbaycan Prezidenti Cənab İlham Əliyevin doğum günüdür.
Doğum günü münasibətilə Prezidentə həm ölkə daxilindən, həm də xaricdən çoxsaylı təbriklər gəlməkdədir. Özəl günündə ölkə liderini təbrik edənlər arasında Azərbaycanın tanınmış idman xadimi, beynəlxalq dərəcəli hakim Hicran Şərifov da də var.
BrendSport.az xəbər verir ki, Hicran Şərifov 1001info.az saytına açıqlamasında ürək sözlərini dilə gətirib:
“Cənab Prezident İlham Əliyev müstəsna xidmətləri ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Prezident İlham Əliyev ,sözün əsl mənasında, böyük tarixi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycanı dünyanın ən inkişaf edən, qüdrətli dövlətləri sırasına qoşdu. Uzaqgörən siyasəti, müdrikliyi ilə bu gün Azərbaycan iri addımlarla irəliləyir. Bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, bütün dünyada lider ölkələr sırasındadır.
İlham Əliyevin böyük diqqət və qayğısı bütün sahələrdə özünü göstərməkdədir. Xüsusilə vurğulamaq istəyirəm ki, idmana və idmançılara göstərdiyi yüksək qayğının nəticəsidir ki, ölkəmiz dünyada inkişaf etmiş idman ölkəsi kimi tanınıb.
Biz prezidentimizlə fəxr edir, doğum günü münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!
Biz bir xalq olaraq Cənab İlham Əliyev kimi prezidentimiz olduğu üçün çox xoşbəxtik!"
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamları ilə Hicran Şərifov “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adını alıb, İdman sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilib.
Facebook-da paylaş