Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti bəlli olub

Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
BrendSport.az xəbər verir ki, yığma Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San-Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.
Milliyə dəvət edilən futbolçular: Rza Cəfərov (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı “Qarabağ”), Emil Balayev, Elvin Bədəlov, Emin Mahmudov, Emil Səfərov (hamısı “Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Rahil Məmmədov, Mustafa Əhmədzadə (hər ikisi “Araz-Naxçıvan”), Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Abdulla Xaybullayev, Aleksey İsayev, Xəyal Əliyev (hamısı “Sabah”), Qismət Alıyev (“Zirə”), Rüfət Abbasov (“Şamaxı”), Səbuhi Abdullazadə, Rüstəm Əhmədzadə (“Sumqayıt”), Rahim Sadıxov, Ayxan Hüseynov (“Turan Tovuz”), Vüsal İsgəndərli (“Partizani”, Albaniya), Nəriman Axundzadə (“Kolambus Kryu”, ABŞ), Mahir Emreli (“Kayzerslautern”, Almaniya), Renat Dadaşov (“Motor”, Polşa).
Facebook-da paylaş





















