Dembele Çempionlar Liqasının finalında oynayacağını təsdiqləyib

PSJ-nin hücumçusu Usman Dembele Londonun “Arsenal” komandasına qarşı keçiriləcək Çempionlar Liqasının finalında oynaya biləcəyini açıqlayıb.
BrendSport.az xəbər verir ki, matç mayın 30-da keçiriləcək. Fransız futbolçu daha əvvəl Fransa çempionatının 34-cü turunda “Paris”lə (1:2) matçın 27-ci dəqiqəsində əvəzlənmişdi.
“Hər şey çox yaxşı gedir. Parisə qarşı bir az qorxum var idi, amma yaxşıyam və [finalda] oynayacağam. 100% hazır olacağammı? Bəli, düşünürəm ki, hazır olacağam. Buna şübhəm yoxdur və ümid edirəm ki, 30 mayda meydanda olacağam.
Karyeramda, istər PSJ-də, istərsə də daha əvvəl, xüsusən də böyük oyunlardan əvvəl, xüsusən də bu finaldan əvvəl çoxlu kiçik və ciddi zədələr almışam. Dayanmağı və ən əsası risk etməməyi seçdim”, - deyə RMC Sport Dembeledən sitat gətirir.
Bu mövsüm Dembele bütün yarışlarda 39 oyun keçirib, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
Facebook-da paylaş





















