Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fiziyevin rəqibi 10 milyon dollardan imtina etdi



Fiziyevin rəqibi 10 milyon dollardan imtina etdi
Rafael Fiziyevin növbəti rəqibi olacaq braziliyalı UFC döyüşçüsü Maurisio Ruffi dini inanclarına görə çoxmilyonluq təklifi rədd etdiyini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, Ruffiyə mərc şirkətləri ilə tərəfdaşlıq üçün təxminən 10 milyon dollar məbləğində təklif irəli sürülüb.

Müqavilənin şərtlərindən biri onun oktaqonda Allahı xatırlatmamasını nəzərdə tuturdu.

“Mənə milyonlar təklif etdilər, amma bunun əvəzində Allah haqqında danışmaqdan imtina etməyimi istədilər. Mən buna hazır deyiləm. İnanclarımdan imtina etmək baxışlarıma xəyanətdir. İnam mənə daxili rahatlıq verir”, - deyə braziliyalı döyüşçü bildirib.

Xatırladaq ki, Maurisio Ruffi Rafael Fiziyevlə fevralın 1-də keçiriləcək UFC 325 turnirində üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş