Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Basketbol üzrə Serbiya yığması AÇ-nın ikinci finalçısı oldu



Basketbol üzrə 40-cı Avropa çempionatının ikinci finalçısı Serbiya yığma komandası olub.

İstanbuldakı Sinan Erdem arenasında keçirilən yarımfinal mərhələsinin sonuncu oyununda Rusiya milli komandasını 87:79 hesabı ilə məğlub edən Serbiya basketbolçuları finala vəsiqə qazanıblar.

Oyunun əvvəlindən təşəbbüsü ələ alan serbiyalılar birinci və ikinci periodları müvafiq olaraq 25:20 və 23:14 hesabı ilə öz xeyirlərinə başa vurublar. Rusiya millisi oyunun ikinci yarısında dönüş yaradaraq üçüncü və dördüncü periodlarda qalib gəliblər – 23:18 və 22:21. Lakin bu, rusiyalılar ümumi hesabda irəli çıxmalarına kifayət etməyib və yekunda 87:79 hesabı ilə qalib gələn Serbiya yığma komandası finala vəsiqəni təmin edib.

Rusiya millisinin heyətində Aleksey Şved 33 xal və 2 ribaund ilə matçın ən məhsuldar basketbolçusu seçilib. Serbiyalıların heyətində isə Boqdan Boqdanoviç 24 xal və 3 ribaundla komandasının ən yaxşısı olub.

Beləliklə, “Eurobasket 2017”nin qızıl medalları uğrunda həlledici görüşdə Serbiya yığmasının rəqibi yarımfinalda İspaniya millisini məğlub edən Sloveniya millisi olacaq. Rusiya basketbolçuları isə üçüncü yer uğrunda görüşdə ispaniyalılarla üz-üzə gələcəklər.

Üçüncü yer uğrunda görüş və final matçı sentyabrın 17-də keçiriləcək. Hər iki qarşılaşma İstanbuldakı Sinan Erdem arenasında oynanılacaq.

Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.









Facebook-da paylaş

Xəbəri paylaş