“Qalatasaray”ın sabiq futbolçusu klubsuz qalıb

Türkiyənin “Qaziantep” komandası futbolçusu Badu Ndiaye ilə yollarını ayırıb.
BrendSport.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
35 yaşlı oyunçu 2024-cü ildən “Qaziantep”in formasını geyinirdi.
Qeyd edək ki, Badu Ndiaye vaxtilə “Qalatasaray”da çıxış edib.
Facebook-da paylaş





















