Bakının “Neftçi” klubu futbolçusu Harramiz Soareslə yollarını ayırıb
Bakının “Neftçi” klubu futbolçusu Harramiz Soareslə yollarını ayırıb.
BrendSport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, San-Tome və Prinsipidən olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2021-ci ilin yayında “Neftçi”yə transfer olunan futbolçu 11 rəsmi oyunda meydana çıxıb.
Facebook-da paylaş