Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi açıqlanıb

Bu il Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, yarış iyunun 1-14-də Binə Atçılıq Mərkəzində təşkil olunacaq.
Turnirdə hələlik Azərbaycanla yanaşı, Malta, Polşa, Özbəkistan, Qazaxıstan, Niger və Nigeriyanın iştirakı təsdiqlənib. Komanda sayını 9-a çatdırmaq məqsədilə fevralda Argentina çempionatı keçiriləcək və ilk iki yeri tutan yığmalar mundiala vəsiqə qazanacaqlar. Bir iştirakçı isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.
Qeyd edək ki, bu, Azərbaycanda çövkən üzrə təşkil olunacaq 2-ci dünya çempionatıdır. Ölkəmiz bu yarışa daha əvvəl 2024-cü ildə ev sahibliyi edib.
Facebook-da paylaş





















