Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İsveçrədə keçiriləcək atçılıq üzrə dünya kubokunda ölkəmiz də təmsil olunacaq

İsveçrədə keçiriləcək atçılıq üzrə dünya kubokunda ölkəmiz də təmsil olunacaq

Dekabrın 16-dan Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə start verilib. Yeddi gün ərzində çox güclü oyunlar keçirildi.

BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev jurnalistlərə müsahibəsində söyləyib.



“Biz hər il dekabr ayında bu turniri təşkil edirik. Bu gün artıq oyunlara yekun vurulacaq və qaliblər mükafatlandırılacaq. İlin son tədbiridir. Turnirdə beş komanda iştirak edirdi. Komandalar qalibiyyət üçün 3 xal, bərabərlik üçün 1 xal əldə edirdi. Finaldakı komandalar qrup oyunlarında ən çox xal toplayan 2 komanda oldu. Bundan əvvəlki oyunda isə biz 3-cü yeri təyin etdik”, - deyə o qeyd edib.
B.Nəbiyev bildirib ki, gələn il yanvarın sonlarında İsveçrədə dünya kuboku keçiriləcək və turnirə Atçılıq Federasiyası ilk dəfə qatılacaq.


Facebook-da paylaş

Xəbəri paylaş