Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fransa millisinin sabiq futbolçusu dünya kubokunun nüsxəsini hərracda satıb



Fransa millisinin sabiq futbolçusu Benjamen Mendi 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olduqdan sonra ona təqdim edilmiş kubokun şəxsi nüsxəsini hərracda satıb.

BrendSport.az
xəbər verir ki, ABŞ-nin idman xatirə əşyalarının satışı üzrə ixtisaslaşmış “Goldin” hərrac evi tərəfindən təşkil olunan “The Football Global Auction, Part Two” auksionunda satışa çıxarılan lot 62,2 min ABŞ dollarına (təxminən 54 min avro) alıcı tapıb.

Satılan əşya FIFA-da saxlanılan orijinal dünya kuboku deyil. Söhbət FIFA və Fransa Futbol Federasiyasının dünya çempionu olan yığmanın hər bir futbolçusuna şəxsi xatirə kimi təqdim etdiyi şəxsi kubok nüsxəsindən gedir. Lot Benjamen Mendinin imzaladığı orijinallıq sertifikatı ilə birlikdə təqdim olunub.

Hərrac iyulun 25-də başa çatıb. Lot uğrunda ümumilikdə 38 təklif verilib.

Benjamen Mendi dünya çempionatının kubok nüsxəsi ilə yanaşı, Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqbanın həmin mundialdan sonra komanda yoldaşlarına hədiyyə etdiyi çempionluq üzüyünü də satışa çıxarıb.


Facebook-da paylaş

Xəbəri paylaş