Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Maradonanın “Qızıl top” mükafatı hərracdan çıxarılıb



Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı ildə qazandığı “Qızıl top” mükafatı Fransadakı “Aquttes” satış evində keçirilən hərracdan çıxarılıb.

BrendSport.az
xəbər verir ki, buna səbəb Maradonanın ailə üzvlərinun kubokun 1989-cu ildə oğurlandığını iddia etməsi olub.

İddia səbəbindən araşdırma aparıldığı üçün Fransa məhkəməsi “Qızıl top”un satışını qadağan edib və hər şey aydınlığa qovuşana qədər mükafata həbs qoyub.

Maradona fəxri kuboku Argentina yığmasının 1986-cı ildə dünya çempionu olmasından 10 il sonra alıb. Kubokun dəyəri bir neçə milyon dollar qiymətləndirilir. Onun satışı üzrə hərrac iyunun 6-da, “Aquttes” hərrac evində keçirilməli idi. Mükafat satılacağı təqdirdə, idman tarixində ən bahalı əşya ola bilər.


Facebook-da paylaş

Xəbəri paylaş