Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Argentinada hava limanında Maradonanın heykəli ucaldılıb

Argentinada hava limanında Maradonanın heykəli ucaldılıb


Buenos-Ayresın əsas beynəlxalq hava limanında Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonanın heykəli qoyulub.

BrendSport.az
saytı xəbər verir ki, bu barədə ölkənin hava limanlarını idarə edən “Aeropuertos Argentina 2000” mətbuatı məlumat yayıb.
“AA2000 Ezeiza” Beynəlxalq Hava Limanında Maradonanın 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatındakı obrazını əks etdirən 10 nömrəli heykəli ucaldılıb.
Hava limanının rəhbəri Eduardo Ernekian şəxsən Maradonaya onun heykəlini ucaltmağı təklif edib, mərhum oyunçu isə Ezeiza hava limanında olmasını istəyib.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. Maradona 1981-1982-ci və 1995-1997-ci illərdə “Boka Xuniors”da çıxış edib.


Facebook-da paylaş

Xəbəri paylaş