Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Maradonanın qohumları 40 milyon avroluq miras uğrunda mübarizəyə başlayıb

Maradonanın qohumları 40 milyon avroluq miras uğrunda mübarizəyə başlayıb


Ötən ay vəfat edən Dieqo Maradonanın qohumları sabiq futbolçunun 40 milyon avroluq mirası uğrunda mübarizəyə başlayıb.
BrendSport.az “The Sun” qəzetinə istinadla xəbər verir ki, idmançının 40 milyon avro həcmində qiymətləndirilən mirasına ən azı 16 nəfər iddia edir. Dieqo Maradona İsveçrə, Dubay və Argentina banklarındakı hesablarından əlavə, dünyanın bir çox şəhərində daşınmaz elit əmlakın, həmçinin bahalı avtomobillər parkının sahibi idi.
1986-cı ildə futbol üzrə dünya çempionunun qanuni beş oğlundan başqa, daha yeddi nəfər bu statusa iddialıdır. Bundan başqa, sabiq futbolçunun dörd bacısı da onun varidatına yiyələnmək uğrunda mübarizəyə qoşulub.
Argentina qanunlarına əsasən, vəsiyyət olmadığı təqdirdə miras mərhumun bütün qohumları arasında bərabər bölünür.


Facebook-da paylaş

Xəbəri paylaş