İlham Əliyev : "Bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik"
"Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilibdir. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir.
Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcək. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik".
BrendSport.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoyarkən deyib.
Dövlət başçısı qeyd edib ki, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır:
"Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq".
Facebook-da paylaş