Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmələr arasında dünya kubokunda şahmatçılarımız mübarizəni davam etdirirlər

Yeniyetmələr arasında dünya kubokunda şahmatçılarımız mübarizəni davam etdirirlər


Yeniyetmə şahmatçılar arasında start götürən dünya kuboku davam edir.
BrendSport.az xəbər verir ki, 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kubokunda ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.
Artıq 18 yaşlı qızlar arasında 4-cü turun oyunları yekunlaşıb. Dörd turdan sonra təmsilçilərimizdən 3,5 xal toplayan Gövhər Beydullayeva liderlərdən yarım xal geridə qalır. Ləman Hacıyeva isə 3 xalla 13-cü pillədə qərarlaşıb. Bu qrupda mübarizə aparan 3-cü təmsilçimiz Ayan Allahverdiyeva isə aktivinə 2,5 xal yaza bilib.
On yaşlı oğlanların yarışında Xaqan Əhməd və Əhməd Hüseynov hərəyə 3 xal toplayıblar. Tariyel Şərifov isə 2,5 xal toplamağa nail olub.
Yarışın əsasnaməsinə görə, dünya kuboku iki mərhələdə keçirilir. Seçmə mərhələ İsveçrə sistemi üzrə keçirilir və 10 turdan ibarətdir. Final mərhələsi isə Olimpiya sistemi üzrə keçiriləcək. Qeyd edək ki, hər yaş qrupunda ilk 3 yeri tutan şahmatçılar dekabr ayında FIDE tərəfindən planlaşdırılan rapid üzrə onlayn super finala, 4-8-ci yerləri tutan şahmatçılar isə noyabr ayında təşkil olunacaq Qran-pri seriyasına vəsiqə qazanacaqlar.
Seçmə mərhələlər avqustun 1-dən 5-dək (10 yaşlı oğlanlar və 18 yaşlı qızlar), avqustun 6-dan 10-dək (12 yaşlı oğlanlar və 16 yaşlı qızlar), avqustun 11-dən 15-dək (14 yaşlı oğlanlar və qızlar), avqustun 16-dan 20–dək (16, 18 yaşlı oğlanlar və 10, 12 yaşlı qızlar) keçiriləcək. Avqustun 26-dan 31-dək isə yarışın final mərhələsi olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş