Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatına Səbinə Rzalı liderlik edir
Martın 5-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının ikinci turunun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, iki turun yekununa görə, turnir cədvəlinə maksimum xalla Səbinə Rzalı liderlik edir. Zeynəb Məmmədyarova, Gövhər Beydullayeva və Gülnar Məmmədova hərəyə 1,5 xal toplayıblar.
Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.
Facebook-da paylaş