NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Los-Anceles Klippers” klubu eyni gündə liqanın ən qısa və ən hündür basketbolçuları ilə müqavilə imzalayıb.
BrendSport.az xəbər verir ki, bu barədə “Sleeper Clippers” sosial şəbəkə hesabında məlumat yayıb.
168 santimetr boyu olan yaponiyalı oyunqurucu Yuki Kavumura hazırda NBA-nın ən qısaboylu basketbolçusudur. O, ötən mövsümü “Çikaqo” klubunda keçirib. 18 oyunda meydana çıxan 25 yaşlı basketbolçu orta hesabla 11,6 dəqiqə oynayaraq 3,4 xal və 2,6 məhsuldar ötürmə ilə yadda qalıb.
226 santimetr boya malik digər transfer Camarion Şarp isə NBA-nın ən hündür basketbolçusudur. Mərkəz oyunçusu daha əvvəl “Dallas Maveriks” komandasının formasını geyinib.
Facebook-da paylaş





















