NBA: Alperen Şengünün 27 xalı “Leykers”in qələbə seriyasını dayandırmağa yetməyib

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha 9 qarşılaşma keçirilib.
BrendSport.az xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” öz meydanında “Los-Anceles Leykers”ə 116:124 hesabı ilə uduzub. Bu, Kaliforniya klubunun müntəzəm mövsümdə ardıcıl yeddinci qələbəsi olub. Türkiyəli mərkəz oyunçusu 27 xal və 11 ribaundla yadda qalıb.
Qeyd edək ki, “Los-Anceles Leykers” hazırda NBA-nın Qərb Konfransının turnir cədvəlində üçüncü, “Hyuston Rokets” isə beşinci pillədə qərarlaşıb.
Matçların nəticələri
“Boston Seltiks” - “Qolden Steyt Uarriors” – 120:99
“Bruklin Nets” - “Oklahoma Siti Tander” – 92:121
“Minnesota” - “Yuta Caz” – 147:111
“Memfis Qrizlis” - “Denver Naqqets” – 125:118
“Hyuston Rokets” - “Los-Anceles Leykers” – 116:124
“İndiana Peysers” - “Portlend Treyl Bleyzers” – 119:127
“Çikaqo Bullz” - “Toronto Reptors” – 109:139
“Nyu Orleans Pelikans” - “Los-Anceles Klippers” – 124:109
“Dallas” - “Atlanta Hoks” – 120:135.
Facebook-da paylaş





















