Adam Kusior azərbaycanlı gənc məşqçilərə seminar keçəcək

Bakıda növbəti məşqçilik seminarı təşkil olunacaq. Azərbaycan Boks Federasiyasının dəstəyi ilə bu il ikinci dəfə baş tutacaq təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edəcək.
BrendSport.az xəbər verir ki, o, Bakı Boks Mərkəzində əsasən yerli gənc məşqçilərə qaydalardakı dəyişikliklər, onların tətbiqi, məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək. Avqustun 3-9-da təşkil ediləcək təlimlər nəzəri və praktiki hissədən ibarət olacaq, ardınca məşqçi-müəllimlər imtahan verəcəklər.
Seminara 30-dək çalışdırıcı qatılacaq. İmtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunacaq.
Facebook-da paylaş





















