Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanlı boks referisinin beynəlxalq kateqoriyası artırılıb



Boks üzrə referi Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.

BrendSport.az
xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

O, bu nailiyyətə fevralın 12-18-də Rumıniyanın Ploişti şəhərində keçirilən yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirində imza atıb. Beynəlxalq Boks Federasiyası (İBA) yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq onun ulduzunu artırıb.

Daha əvvəl Rövşən Qədirov, Anar Nağdıyev və Elxan Quliyevin beynəlxalq kateqoriyası da 2 ulduza qaldırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş