Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İyulun 24-dən 26-dək Göygöl rayonunun Xan Yaylağında V Milli Yaylaq Festivalı keçirilir



Açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, gənclər və idman naziri Fərid Qayıbov, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, layihə rəhbəri Müzadil Həsənov çıxış ediblər.

BrendSport.az
xəbər verir ki, daha sonra tədbir bədii proqramla davam edib. Proqram çərçivəsində milli musiqi nümunələri səsləndirilib, müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.

Üç gün davam edən festival çərçivəsində Xan Yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Burada müxtəlif etnoidman növləri üzrə xüsusi sahələrdə idmançıların maraqlı çıxışları nümayiş etdirilir.

Festival çərçivəsində idman zonasında Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan səyyar “Sağlam həyat” layihəsi də iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusilə uşaqlar layihəyə qoşularaq müxtəlif idman növlərində öz bacarıqlarını sınayıb, asudə vaxtlarını faydalı və əyləncəli keçiriblər.
















Facebook-da paylaş

Xəbəri paylaş