Azərbaycanın 3 idmançısı beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan bocciaçıları Misirin Qahirə şəhərində Çellencer turnirində mübarizə aparacaqlar.
BrendSport.az xəbər verir ki, Azərbaycanı yarışda 3 idmançı təmsil edəcək.
Bunlar Sona Ağayeva, Orxan Kərimov (hər ikisi BC2 kateqoriyası) və Zaur Veysəlovdur (BC4 kateqoriyası).
25-31 iyul tarixlərində keçiriləcək turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.
Facebook-da paylaş





















