Əsas Səhifə > Milli komandalar > Azərbaycanın 3 idmançısı beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın 3 idmançısı beynəlxalq turnirdə mübarizə aparacaq


Bu gün, 17:47


Azərbaycan bocciaçıları Misirin Qahirə şəhərində Çellencer turnirində mübarizə aparacaqlar.

BrendSport.az
xəbər verir ki, Azərbaycanı yarışda 3 idmançı təmsil edəcək.

Bunlar Sona Ağayeva, Orxan Kərimov (hər ikisi BC2 kateqoriyası) və Zaur Veysəlovdur (BC4 kateqoriyası).

25-31 iyul tarixlərində keçiriləcək turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.
Geri qayıt