Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) fəaliyyəti ilə tanış olub.
Dekabrın 28-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) fəaliyyəti ilə tanış olub.
BrendSport.az əvvəlcə Binə Atçılıq Mərkəzində yaradılmış şəraitlə maraqlanıb, idmançıların məşq prosesini izləyib. Federasiyanın baş katibi Bəhruz Nəbiyev ARAF-ın fəaliyyəti və bu idman növünün inkişafı üçün görülən işlər barədə məlumat verib.
Fərid Qayıbov çövkən, polo və cıdır yarışlarının keçirildiyi qapalı və açıq manejlərə baxıb, burada atçılıq idman növünün inkişafı üçün yaradılmış şəraitlə maraqlanıb.
Sonra gənclər və idman naziri idmançı və məşqçilərlə görüşüb, bu idman növünün daha da inkişaf etdirilməsi, qarşıdakı planlar və yarışlar barədə fikir mübadiləsi aparıb. Gənclər arasında bu idman növünə marağın artırılması ilə bağlı bir sıra tövsiyələr verib.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.
Facebook-da paylaş