Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər və idman naziri cənub bölgəsində fəaliyyət göstərən idman qurğuları ilə tanış olub

Gənclər və idman naziri cənub bölgəsində fəaliyyət göstərən idman qurğuları ilə tanış olubm

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin cənub bölgəsində səfərdə olub.
BrendSport.az saytı xəbər verir ki, səfər çərçivəsində F.Qayıbov Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar Olimpiya İdman komplekslərində olub. Bu idman mərkəzlərində yaradılmış şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıb, müxtəlif idman növləri üzrə məşq proseslərini izləyib.
Gənclər və idman naziri, həmçinin Masallıda yerləşən Regional Taekvondo Mərkəzində və Regional Boks Mərkəzində, eləcə də Masallı, Lənkəran və Biləsuvarda fəaliyyət göstərən Gənclər evlərində olub və bu mərkəzlərdə yaradılmış şəraitlə maraqlanıb.
Lənkəran Gənclər Evinə baxış zamanı qeyd edilib ki, Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Vətən müharibəsində şəhid olmuş Vüsal Kazımovun qəhrəmanlığı gənc nəslin təlim-tərbiyəsində əsl vətənpərvərlik nümunəsi olaraq göstərilir.
Nazir həmin qurğuların gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib və bununla bağlı müvafiq tövsiyələr verib.


Facebook-da paylaş

Xəbəri paylaş